Xəbər lenti

“Niagara” restoranı dövlət komitəsinə cavab verdi – FOTO
Ölkə10:59 04.07.2014

“Niagara” restoranı dövlət komitəsinə cavab verdi – FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Müayinələr nəticəsində heç bir neqativ hala rast gəlinməyib”.

“Niagara” restoranı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin restoranda nöqsanların aşkarlanması barədə məlumatını təkzib edir.

Məsələ ilə bağlı Oxu.Az-a müraciət edən restoranın administratoru Ruslan Cavadov komitənin apardığı araşdırmanın nəticələrini əsassız adlandırıb.

R.Cavadovun bildirdiyinə görə, müəssisədə hazırlanan yemək nümunələri Səhiyyə Nazirliyinin laboratoriyasında yoxlanılıb və aparılan müayinələr nəticəsində heç bir neqativ hala rast gəlinməyib.

“Niagara” restoranının rəhbərliyi həmçinin Səhiyyə Nazirliyinin laboratoriyasında aparılan müayinələri də Oxu.Az-a təqdim edib.