Xəbər lenti

Nicat Dağlar Azərbaycana qayıtdı
Ölkə18:33 11.07.2013

Nicat Dağlar Azərbaycana qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

O, sabah Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriləcək 

Səhhətində problemler olan Nicat Dağlar Gürcüstandan Azərbaycana qayıdıb.

Bu barədə “Qafqazinfo”ya jurnalistin özü məlumat verib. O, bir saat əvvəl Gəncəyə çatdığını bildirib,

" Sabah Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriləcəyəm. Burada analizlərim təhlil edildikdən sonra hansı xarici ölkəyə və nə vaxt göndəriləcəymi müəyyən ediləcək".

Jurnalistin sözlərinə görə, səhər saatlarında burnundan qan açılsa da hazırda özünü norma hiss edir. Jurnalist qeyd edib ki,  hər saatdan bir aidiyiyyətli şəxslər onunla maraqlanırlar, sabah isə Bakıya ölkənin xüsusu həkimlərin müşayiəti ilə  gətiriləcək. Hazırda Gəncədə İcra Hakimiyyətinin məsul şəxsləri onun vəziyyəti ilə maraqlanırlar.

Qeyd edək ki, leykoz xəstəliyinnən əziyyət çəkən jurnalistin bütün müalicə xərclərini prezident İlham Əliyev öz üzərinə götürüb.