
Jurnalist Nicat Dağların müalicəsi uğurla davam edir.
Hazırda Almaniyanın Farankfurt şəhərində müalicə alan Nicat Dağların xəstəliyi ilə bağlı həkimlərin verdiyi rəy müsbətdi.
Bu barədə Nicat Dağlar özü deyib. Onun sözlərinə görə, Alman həkimlər qanda olan leykositlərin sürətlə azaldığını müşahidə edirlər: “Həkimlər deyirdi ki, belə xəstəliklərə qalib gəlmək üçün birinci növbədə sağalacağına inamını itirməməlisən. Mən Azərbaycanda olanda da çox ümidli idim. Həm dövlətim, həm də yaxınlarım və dostlarım tərəfindən sevgiylə, qayğıyla əhatə olunmağım sabaha inamımı artırırdı. Şükür Allaha ki, hər şey yaxşıdı”.