
Qaynar.info xəbər veri ki, bu barədə musavat.com-a Almaniyadan xəbər verilib. N.Dağların həkimi, Bad-Vildungen şəhərinin hemotologiya klinikasının rəhbəri Jozef Stahl müayinələrin ürəkaçan nəticələr verdiyini deyib. Onun sözlərinə görə, xəstəlik malicəyə tabe olunur və hazırda həmkarımızn vəziyyəti yaxşıdır. N.Dağların səhətində irəliləyişin sürətlə getdiyini deyən həkim analizlər zamanı qanın bütün komponentlərinin normaya düşdüyünün müəyyən olunduğunu bildirib: “Xəsətəyə ilik köçürülməsinə ehtiyac görmürük. Qan müayinələri zamanı buna ehtiyac olduğunu göstərən problemə rast gəlmədik. Daxili orqanların da vəziyyəti normaldır. Müalicə xəstəliyi özünə tabe etdirir və bu da bizi çox sevindirir. Nicat Hüseynov normal iş fəaliyyətinə hazır vəziyyətdədir, lakin o, müalicəni dərman preparatları ilə davam etdirməlidir. Fevral ayında biz onu bir dəfə də yoxlamalı, kompleks müayinələrdən keçirməliyik. 3 aydan sonra onun bel nahiyəsindən də onurğaya müdaxlə edib iliyi daha dərindən tədqiq edəcəyik. Yalnız bundan sonra biz Nicat Hüseynovdan arxayın ola bilərik”.
N.Dağların özü də səhhətinin qaydasına düşdüyünü bildirib: “Özümü çox yaxşı hiss edirəm. Müayinələr yaxşı nəticələr verdi, müalicəm uğurla davam edir. Əhvalım çox yaxşıdır. Mən Allahıma sığınmışam, dostlarımın, ailəmin diqqəti və məhəbbətilə əhatələnmişəm. Arxamda Azərbaycan dövləti dayanıb. Sağalmamaq mümkün deyil. İnşəallah bir şey qalmayıb, yenirəm bu xəstəliyi. Fevral ayında sonuncu müayinələrdən keçməliyəm. İnanıram ki, bu müayinələr də yaxşı nəticələr verəcək. Məni bu dəfə də tək buraxmayan dostlarıma təşəkkür edirəm. Eyni zamanda, səhətimin qaydasına düşməsində müstəsna rol oynamış Azərbaycan prezidentinə bir daha minnətdarlığımı bildirirəm. Dövlətimiz bir gün də olsa məni diqqətdən kənarda qoymadı, sağalmağım üçün hər şey elədi”.
Qaynar.info