Əməkdar artist, rejissor Nicat Kazımov hərbi xidmətə yola saldığı oğlu Mirismayıl Kazımovdan danışıb.
Rejissor Qaynarinfo-ya açıqlamasında bildirib ki, oğlu ali təhsilini başa vuraraq hərbi xidmətə yollanıb:
"Oğlum ali təhsil alıb, magistraturanı da yenicə bitirib. Hazırda Gəncə şəhərindədir. Bir müddət karantində qalacaq. Bundan sonra isə harada xidmət edəcəyi müəyyənləşəcək. Hələ cəmi bir gündür ki, yola düşüb, amma hamımız onun üçün darıxırıq. Ürəyimiz həmişə onun yanındadır".
Nicat Kazımov bütün əsgərlərə uğurlu xidmət arzulayıb:
"Allah bütün əsgərlərimizi qorusun. Hamısı xidmətini sağ-salamat başa vurub ailələrinin yanına qayıtsın".
Bahar Rüstəmli
Şərhlər