
NİDA-çı gənclərin də əsas diqqəti aclıq aksiyası keçirən valideynlərinin üzərindədir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi olan NİDA-çı gənclər öz valideynlərinin aclıq aksiyası keçirmələrinə reaksiya veriblər.
Məhkəmə prosesində NİDA VH-nın İdarə Heyətinin üzvü Rəşadət Axundov NİDA-çıların valideynlərindən aclıq aksiyasını dayandırmaları ilə bağlı ismarıc göndərib: "Hamıya salamlarımı ve sevgimi çatdırıram. Valideynlərə və aclıq aksiyası keçirmək istəyənlərə deyin ki, aclığı dayandirsinlar. Bu, bizim aksiyamızı diqqətdən yayındırır. Bizim aksiyamızın diqqətdə olması daha doğru olardı".
Musavat.com-un əməkdaşı artıq 6 gündür ki, aclıq aksiyasına başlayan NİDA-çı gənclərin vəziyyəti ilə də maraqlanıb. Verilən məlumatda Zaur Qurbanlının nəfəs almaqda artıq çətinlik çəkdiyi bildirilir. Digər gənclərdə isə hələlik ciddi narahatlığın müşahidə edilmədiyi vurğulanır.
Xatırladaq ki, aprelin 17-də NIDA-çıların məhkəməsində dövlət ittihamçısının gənclərə 6 ildən 8 il 6 aya qədər iş istəməsinə etiraz əlaməti olaraq, gənc vicdan məhbusları həbsxanada aclıq aksiyasına başlayıblar. Həm məhkəməyə etiraz olaraq, həm də NİDA-çı gənclərə dəstək məqsədilə onların valideynlər də aprelin 20-dən etibarən müddətsiz aclıq aksiyasına qərar veriblər.
Qaynar.info






