Xəbər lenti

NİDA-çılar azad oluna bilər
Ölkə13:16 12.09.2013

NİDA-çılar azad oluna bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ombudsman Elmira Süleymanova Azərbaycanda Əfv fərmanının verilməsinə ümidli olduğu barədə açıqlama ilə çıxış edib. Ombudsman daha sonra hər ayın əvvəli əfvlə bağlı müraciətləri Əfv Komissiyasına göndərdiklərini də bildirib. 

Bəs əfvlə bağlı müraciət etməyənlərə əfv şamil oluna bilərmi?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu saytımıza verdiyi açıqlamada siyasi məhbuslarla bağlı prezidentə müraciət etdiklərini söylədi: “Bu, baş verə bilər, çünki təxminən bir ay bundan əvvəl hüquq müdafiəçiləri olaraq ölkə prezidentinə əflə bağlı müraciət etmişik. Hesab edirik ki, prezident malik olduğu səlahiyyətlərdən istifadə edərək, müraciətimizi cavabsız qoymayacaq. Bu, həm də seçki ərəfəsində Azərbaycanın beynəlxalq aləmdəki imicinə müsbət təsir göstərər”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı əfv fərmanının Qurban bayramı ərəfəsində imzalana biləcəyini ehtimal edir: “Əfv fərmanının dəqiq tarixini deyə bilmərəm, bu, seçki ərəfəsində də ola bilər. Amma ehtimal edilir ki, Qurban bayramı ərəfəsində imzalansın. 

Səidə Qocamanlı həmçinin hüquq müdafiəçilərinin prezidentə müraciətində cəzalarının müəyyən müddətini çəkən Əli İnsanov, Fərhad Əliyev, Rafiq Əliyev, jurnalist Fuad Hüseynov və s. siyasi məhbus hesab etdikləri şəxslərlə yanaşı, istintaq altında olan REAL hərəkatının sədri İlqar Məmmədov, Müsavat başqanının müavini Tofiq Yaqublu və 8 NİDA-çı məhbusun da azad olunmasını istəyib.(publika.az)