
Bu gün həbsdəki NİDA-çılar – Bəxtiyar Quliyev və Rəşad Həsənovun həbs müddəti uzadılıb.
Bu barədə Elitar.Az saytına NİDA Vətəndaş Hərəkatının İdarə Heyəti üzvü Aygün Pəncəliyeva məlumat verib. A.Pəncəliyevanın bildirdiyinə görə proses Nəsimi rayon Məhkəməsində keçirilib: “Hər iki NİDA-çının həbs müddəti 3 ay uzadılıb”.
Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının 7 üzvü həbsdədir. Onlar narkotik və qanunsuz silah saxlamaqda ittiham olunurlar. Beynəlxalq «Amnesty International» təşkilatı gəncləri “vicdan məhbusu” elan edib.
Qaynar.info