
Onu da qeyd edək ki, prosesdə təqsirləndirilən şəxslərin ilkin istintaq zamanı verdikləri ifadələr elan olunmalıdır.
Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxslərdən Bəxtiyar Quliyevin istintaqa verdiyi ifadənin bir qismi elan olunub. Bu günkü proses də B.Quliyevin ifadəsinin oxunması ilə davam etdiriləcək.
Əməkdaşımızın verdiyi məlumata görə, Avropa Birlyinin Bakı nümayəndəliyindən, Fransa fəirliyindən nümayəndələr, Milli Şuranın sədri Cəmil Həsənli məhkəmə prosesini müşahidə etmək üçün məhkəmə binasına gəliblər.
Qeyd edək ki, bu ilin martında Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.