Xəbər lenti

NİDA-çının məhkəməsində QALMAQAL
Ölkə11:24 09.04.2013

NİDA-çının məhkəməsində QALMAQAL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaur Qurbanlıya da çıxış üçün söz verməyib

Bu gün "N!DA" üzvü Zaur Qurbanlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsi üçün apellyasiya şikayətinə baxılıb. Bu barədə vəkil Xalid Bağırov "bizimyolinfo.com" a məlumat verib. O deyib ki, məhkəmə Zaur Qurbanlı ilə bağlı cinayət işinin materialları ilə tanış olmağa icazə verməyib. Vəkil məhkəməyə iradını bildirsə də, nəticəsi olmayıb. Prosesin qalmaqallı keçdiyini bildirən vəkil əlavə edib ki, Z. Qurbalıya çıxış üçün söz verilməyib. "Mən də etiraz etdim ki,əgər təqsirləndirilən şəxsə söz verməyəcəkdinizsə, onu məhkəməyə niyə gətirmisiniz?"

Hakim bundan sonra müşavirəyə gedib və Z. Qurbanlı barəsində seçilmiş həbs qətimkan tədbirini qüvvədə saxlayıb.