Xəbər lenti

NİDA-çının şikayəti təmin olunmadı
Ölkə10:51 17.04.2013

NİDA-çının şikayəti təmin olunmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Apellyasiya Məhkəməsində “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin həbsdə olan üzvü Rəşadət Axundovun apellyasiya şikayətinə baxılıb.
Bu barədə APA -ya vəkil Namiq Hacıyev məlumat verib. N.Hacıyev prosesdə məhkəmə qərarının elan olunduğunu bildirib. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşadət Axundova qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. R.Axundovun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan verilən apellyasiya şikayəti isə təmin olunmayıb. Bundan sonra R. Axundovun barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı məhkəməyə vəsatət verilib. Lakin həmin vəsatət təmin olunmadığından qərardan apellyasiya şikayəti verilib.

Qaynar.info