Xəbər lenti

Nigeriyalı futbolçu "Turan Tovuz"da
İdman10:29 29.08.2022

Nigeriyalı futbolçu "Turan Tovuz"da

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi Henri Okebuqvu ilə 1 illik müqavilə bağlanıb. 
Karyerasını əsasən Albaniya çempionatında keçirən nigeriyalı futbolçu "Eqnatiya”, "Partizani”, "Kastrioti”də forma geyinib. 
Henri Nigeriyanın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.
Səbuhi Həsənov