Xəbər lenti

Nikoil Bankın İdarə Heyətinə yeni sədr təyin edildi
Ölkə09:31 22.07.2016

Nikoil Bankın İdarə Heyətinə yeni sədr təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nikolos Şurqaya Nikoil Bankın İdarə Heyətinə sədr təyin edilib. Bu barədə "Qaynarinfo.Az"a bankın mətbuat xidmətindən məlumat verilib.
Nikolos Şurqaya bu vəzifədə 2005-ci ildən bankın İdarə Heyətinin sədri vəzifəsində çalışan Vasili Viktoroviç Xamazanı əvəz edib.
Nikolos Şurqaya Azərbaycan, Belarus, Gürcüstan, Rusiya və Böyük Britaniyada maliyyə sektorunda 20 illik təcrübəsi olan peşəkar bankirdir. Hazırda o, Belarus və Gürcüstanda bir neçə bankın və Gürcüstan Fond Birjasının müşahidə şuralarının üzvüdür. Nikolos Şurqaya London Biznes Məktəbi, eləcə də Tbilisi Dövlət Universitetinin məzunudur.
Rəhbərlik dəyişikliyi bankın Azərbaycanda biznes qurumları və fərdi şəxslərə müasir keyfiyyətli maliyyə xidmətlərini təqdim edən etibarlı bir tərəfdaşa transformasiya prosesini sürətləndirməmlə izah olunur. 
Qaynarinfo.Az