Xəbər lenti

Niyaz Niftiyevin məsələsi nəzarətə götürüldü - Məhkəmənin vaxtı dəyişdi
Ölkə11:50 16.08.2021

Niyaz Niftiyevin məsələsi nəzarətə götürüldü - Məhkəmənin vaxtı dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirən tanınmış jurnalist Niyaz Niftiyevin işi nəzarətə götürülüb.
Bakupost.az-ın xəbərinə görə, bu barədə N.Niftiyevin vəkili Ənnağı Məmmədli məlumat verib.
Onun sözlərinə görə, müdafiə etdiyi şəxsin səhhətini nəzərə alaraq avqustun 23-nə təyin edilən məhkəmənin vaxtı dəyişdirilərək sabaha – 17 avqusta təyin edilib.
Vəkil bildirib ki, N.Niftiyevin avqustun 10-dan başladığı aclıq aksiyası davam edir və onun səhhətində problemlər yaranmağa başlayıb.
Qeyd edək ki, bu gün səhər 240-dan çox tanınmış şəxs Niyaz Niftiyevin səhhətinin nəzərə alınması, onun azadlığa buraxılması üçün Baş prokuror Kamran Əliyevə və Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə müraciət ediblər.