Xəbər lenti

Niyazi Rəhimova nazirlikdə yüksək vəzifə verildi
Ölkə11:04 25.09.2019

Niyazi Rəhimova nazirlikdə yüksək vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə məxsus "Dost İş Mərkəzi” MMC-nin direktoru Niyazi Rəhimov nazirliyin aparat rəhbərinin müavini təyin olunub.
Bu barədə məlumatı oxu.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı təsdiq edib.
"Dost İş Mərkəzi” MMC-nin direktor vəzifəsini Niyazi Rəhimovun müavini Firudin Cəbrayılov icra edir.   
Qeyd edək ki, "Dost İş Mərkəzi” ötən il dekabrın 26-da yaradılıb. Şirkət adıçəkilən nazirliklə eyni hüquqi ünvanda - Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85-də 1 000 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.