Xəbər lenti

Niyə Ermənistanda qaz ucuzlaşdı, Azərbaycanda isə...? - YAP-çı deputatla müsahibə
Ölkə12:29 29.11.2016

Niyə Ermənistanda qaz ucuzlaşdı, Azərbaycanda isə...? - YAP-çı deputatla müsahibə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Tarif Şurasının qaz və elektrik enerjisi qiymətlərinin artımı ilə bağlı qərarı ilə bağlı eksperlər müxtəlif fikirlər səsləndirdi.

Verilən qərarla bağlı ekspertlər isə qiymətin digər sahələrdə də artacağını proqnozlaşdırdı. Mövzu ilə bağlı deputat Aydın Mirzəzadədən müsahibə aldıq. Qaynarinfo.Az müsahibəni təqdim edir:

Aydın müəllim, Tarif Şurasının qiymət artımı ilə bağlı qərarına sizin münasibətinizi bilmək istərdik. 

- Tarif Şurası çox müfəssəl izahat verdi. Bunun kökündə həmin kommunal sahələrin avadanlıqlarının və komponentlərinin bir çoxunun xaricdən alınması göstərilir.  Bu istər-istəməz xidmətin maya dəyərini artırır. Nəzərə alsaq ki, qiymətlər 2007-ci ildə müəyyən olunmuşdu. Bu dövr ərzində xarici ölkələrdə avadanlıqların komponentləri artıb, həm maaş artıb, strukturların özlərinə xərcləri artıb. Artıq qiymətlərin artırılması bir zəruriyyətə çevrilmişdi. Şübhəsiz ki, son dövrlərdə dolların qiymətinin bütün dünyada qalxması nəticəsində milli valyutalara təsiri də rol oynayır. Diqqəti çəkən isə bu oldu ki, ilk dəfə olaraq Azərbaycanda qiymət artımında məsələyə differensial yanaşdılar. Az istifadə edən əhali təbəqəsi ilə, kommunal xidmətləri üzrə çox istifadə edən arasında bir fərq quruldu. Bu aşağı gəlirli insanların sosial vəziyyətinin güclənməsinə xidmət edəcəkdir. Eyni zamanda insanların qənaətcil olmasına da səbəb olacaq. Dünyanın bir çox yerlərində gecə tarifi deyilən bir anlayış var. Gecə vaxtı elektrik enerjisinin, isti suyun, telefon rabitəsinin, internetin qiyməti daha aşağı tariflə müəyyən edilir. Qiymətlərin artırılması məcburiyyətdən idi. Amma bundan sonra gözlənilir ki, maaş və müavinət artımı olacaq. 

Tarif Şurasının imzaladığı qərardan sonra, ekspertlər başqa sahələrdə də qiymətlərin artacağınıər söyləyir. Məsələn, sərnişindaşıma və yükdaşımada, yanacağın qiymətində və sair. Bu da təbii ki, kənd təsərrüfatı və ərzaq mallarında özünü göstərəcək. Sizcə, hansı sahələrdə qiymət arta bilər?

- Bu məsələ üzrə mütəxəssis deyiləm. Ona görə də, bu barədə heç nə deyə bilmərəm. 

Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri, deputat Cavid Qurbanov mətbuata bildirdi ki, dəmiryolu nəqliyyatında sərnişin və yükdaşımada qiymətlərin artırılması qaçılmazdır...

- Dəmiryolundan insanlar gündəlik və kütləvi şəkildə istifadə etmirlər. Cəmiyyətin hər bir üzvünə deyil, müəyyən təbəqəsinə təsir edəcək. Qiymətin nə ilə bağlı artacağını Cavid Qurbanov açıqladı. Adətən qiymət artımı istər-istəməz bu və ya digər sahələrdə çalışan insanların əmək haqqının artırılmasına gətirib çıxarır. Çünki insanlar artan qiymətə görə, gündəlik güzəranını təmin üçün daha yüksək maaş almalıdır. Hökumət vaxtaşırı maaşların və pensiyaların arıtırılması ilə bağlı qərar qəbul edir. 

Bir vətəndaş olaraq, aylıq neçə kubmetr qazdan və neçə kilovat-saat elektrik enerjisindən istifadə edirsiz?

- Evimizdə çalışırıq ki, kommunal xidmətlərdən qənaətlə istifadə edək. Mənim aldığım məvacib aylıq xərclərimə tam kifayət edir. 

Tarif Şurasının məlum qərarından sonra Ermənistanda qazın qiyməti endirildi. Nəzərə alsaq ki, Ermənistan qaz ölkəsi deyil...

- Bu siyasi bir qərar idi, iqtisadi qərar deyildi. Ermənistanda parlament seçkiləri yaxınlaşır. Bu gün hakim partiya parlamentdə öz mövqelərini qoruyub saxlamağa çalışır. Bu səbəbdən, Ermənistanda seçki öncəsi bu addımı atdılar. Gözlənilən budur ki, seçkilərdən sonra Ermənistanda qiymətlər yenidən qaldırılsın. 

Elkin Xəlilov

Pərvin Zeynal

Qaynarinfo.Az