Xəbər lenti

Nizaməddin Quliyevin xanmı da COVID-dən ölübmüş
Ölkə10:44 08.09.2021

Nizaməddin Quliyevin xanmı da COVID-dən ölübmüş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Gəncə şəhərində yerləşdirildiyi xəstəxanada koronavirusdan vəfat edən Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin həyat yoldaşı da bir il öncə COVID-19 virusundan vəfat edibmiş.
Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, N. Quliyev saxlanıldığı Gəncə İstintaq Təcridxanasında bir neçə gün öncə halı pisləşib və koronavirus əlamətləri özünü göstərib.
Dünən N. Quliyevin vəziyyəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib. Orada saturasiyası çox aşağı olub, bu gün səhər saatlarında xəstəxanada vəfat edib.
Məlumata görə, N. Quliyevin həyat yoldaşı da təxminən bir il əvvəl koronavirusdan vəfat edib. Lakin onun ölüm xəbəri Nizaməddin Quliyevdən gizlədilib. N.Quliyevin ölüm gününə kimi arvadının vəfatından xəbəri olmayıb.