
Xəbər verdiyimiz kimi, İvanovka kəndində fəaliyyət göstərən çörək zavodunun işçiləri maaşlarını ala bilmədikləri ilə bağlı “Qafqazinfo”ya şikayət məktubu göndərib.
Məsələ ilə bağlı zavodun direktoru Vaqif (Soyadını isə açıqlamadı) “Qafqazinfo” ya açıqlama verib. O bildirib ki, işçilərin maaşı alması ilə bağlı heç bir problem yoxdur: “ Hərdən gecikmələr ola bilər. İş prosesidir. Olan şeydir. Amma 4 aya yaxın problem olmayıb. Zavod normal fəaliyyət göstərir. İşdən çıxarılan işçilərimiz də yoxdur. İndi camaatdır da nə oldu danışır”.
Qeyd edək ki, zavod İsmayıllının keçmiş icra başçısı Nizami Ələkbərova məxsusdur.
Qaynar.info