Xəbər lenti

Nizami Qocayev ədliyyə sisteminə gətirildi
Ölkə14:41 02.03.2016

Nizami Qocayev ədliyyə sisteminə gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nizami Qocayev polis rəisi vəzifəsindən azad olunaraq Ədliyyə sisteminə təyin edilib. "Qafqazinfo"ya daxil olan məlumata görə, Nizami Qocayev Gəncə şəhər Məhkəmə Qərarları İcrası Baş İdarəsinə rəhbər təyin olunub.
Azərbaycanın məşhur polis zabitlərindən olan Nizami Mehralı oğlu Qocayev 1955-ci ildə anadan olub.
Nizami Qocayev vaxtilə DİN-in İstintaq İdarəsinin rəisi olub. O, 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilmişdi. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra dövlət başçısı tərəfindən əfv olunub.
Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib. Qocayevin son iş yeri isə İsmayıllı rayon polis şöbəsinin rəisi olub. Polis-polkovnikidir. 
Qaynar.info