Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərancama əsasən Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tutduğu vəzifədən azad edilərək Dövlət Statistika Komitəsinin sədri təyin olundu. Çoxları üçün gözlənilməz olan bu təyinat ətrafında ciddi ictimai müzakirələr aparılmaqdadır.
Əsasən də, sual doğuran məsələ Tahir Budaqovun yerinə yeni kadrın təyin olunmaması ilə bağlıdır. Adətən rayon icra başçılarının yerdəyişməsi rotasiya qaydasında baş tutduğundan, Tahir Budaqovun karyera nərdivanında irəliləyərək öz yerini boş buraxması Nizami rayonuna diqqəti bir qədər də artırıb. İndi hamının bir sual düşündürür: Tahir Budaqovun yerini kim tutacaq?
Qaynar.info azinforum.az-a istinadən хəbər verir ki, hazırda bu posta əsas namizədlər Pirallahının icra başçısı Vasif İmanov və Siyəzənin icra başçısı Arif Qasımov hesab olunur. Həmçinin bir bizensmen də bu postu tutmağa iddialıdır.
Qaynar.info