Xəbər lenti

Növbəti həftə daha 3 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon”u qurulacaq
Ölkə16:11 06.05.2023

Növbəti həftə daha 3 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon”u qurulacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR "Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası davam edir. 
Növbəti həftə mayın 8-i,10-u və 12-si tarixlərində saat 11:00-dan 12:00-dək daha 3 rayonda vətəndaşlarla "Açıq mikrofon” aksiyası keçiriləcək.
Aksiya həftənin 1-ci günü Hacıqabul rayonunda (İsmət Qayıbov küçəsi 15), 3-cü günü Salyan rayonunda (Mərkəzi Kitabxananın qarşısı), 5-ci günü isə  Neftçala rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.