Xəbər lenti

Növbəti üç gündə güclü külək əsəcək
Ölkə 17:02 11.07.2026

Növbəti üç gündə güclü külək əsəcək

İyulun 12-14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Şəmkir, Gəncə, Daşkəsən, Goranboy, Naftalan, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Tərtər, Bərdə, Mingəçevir, Hacıqabul, Neftçala, Masallı, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabadda sarı xəbərdarlığa uyğun olaraq isə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->