Norveç hökuməti F-16 qırıcılarını Ukraynaya təhvil vermək qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə TV 2 telekanalı bir neçə mənbəyə istinadən məlumat
yayıb.
Jurnalistlərin məlumatına görə, Norveçin baş naziri Yonas Qar Styore 24 avqust Müstəqillik Günündə Ukraynaya səfərə gəlib. Təyyarələrin tədarükü və sayı ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Norveç Kiyevə F-16 qırıcıları bağışlayan üçüncü ölkə ola bilər. Bundan əvvəl Niderland və Danimarka müvafiq olaraq 42 və 19, ümumilikdə 61 təyyarə hədiyyə edəcəyinə söz verib.
Nizami Bağırov
Şərhlər