Xəbər lenti

Novella Cəfəroğlu: "...hansı ana oğlunu müharibəyə göndərər?" - AÇIQLAMA
Ölkə12:57 27.12.2013

Novella Cəfəroğlu: "...hansı ana oğlunu müharibəyə göndərər?" - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ müharibəsi əlilinin özünü yandırmasına görə, bütün dövlət qurumları məsuliyyət daşıyır".

Bunu Qaynar.info-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Novella Cəfəroğlu bildirib ki, indiyə kimi Sosial Müdafiə Fondu, Əlilər Cəmiyyəti və digər təşkilatlar bu insanla niyə maraqlanmayıb?  Bax öncə suala cavab tapmaq lazımdır: "Onların işləri nədir? Bir insanın bu həddə çatdırılmasına görə hamının günahı var. Bundan sonra kim gedər müharibəyə? Hansı ana öz övladının müharibəyə getməsini istəyər? Gözümüzün qabağında Qarabağ müharibəsində canını verən adama bu hörmət qoyularsa, bunun sonu necə olacaq?".

Hüquq müdafiəçisi bu kimi olayların cəmiyyətdə ruh düşgünlüyü yaratmasını da istisna etməyib: "Sadə bir misal çəkmək istəyirəm. Xatırlayırsınızsa, İsrailin bir əsgəri Fələstində əsir saxlanılırdı. Həmin əsgərin azad edilməsi üçün 10 minə yaxın fələstinlini İsrail höküməti azad etdi. Bir əsgərə görə 10 min adam. Yəni vəziyyət görün nə qədər fərqlidir. Ona görə də dövlət bu məsələləri diqqətdə saxlamalıdır".

Elkin Xəlilov
Qaynar.info