Xəbər lenti

Novruz bayramı günü Qaxın dağ kəndlərinə qar yağıb - FOTO-VİDEO
Ölkə13:17 21.03.2017

Novruz bayramı günü Qaxın dağ kəndlərinə qar yağıb - FOTO-VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün səhər saatlarından başlayaraq Qax rayonunun bir sıra dağlıq kəndlərinə qar yağmağa başlayıb.

Rayonun İlisu, Sarıbaş və Ağçay kəndlərinin bəzi əraziləri ağ örpəyə bürünüb.

Kənd sakinlərinin "Report"a verdiyi məlumata görə mart ayında qarın yağması müşahidə olunmayıb. Ərazilərdə temperatur aşağı düşüb.

Qeyd edək ki, hazırda qarın yağması davam edir. İlisu və Ağçay kəndlərində qarın qalınlığı 5 santimetr, Sarıbaş kəndinin bəzi ərazilərində isə 6-7 santimetrdir.

Qaynar.Az