Xəbər lenti

Novruz Bayramında Milli Parkda pulsuz atraksion olmayacaq
Ölkə06:28 15.03.2016

Novruz Bayramında Milli Parkda pulsuz atraksion olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda Novruz bayramı münasibətilə elan olunmuş qeyri-iş günlərində Dənizkənarı Milli Parkın ərazisində pulsuz atraksion aksiyası keçirilməyəcək.

Bu barədə Report-a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

O bildirib ki, parkın ərazisində bayram münasibətilə dövlət səviyyəsində keçiriləcək tədbir martın 19-u səhər saat 10:00-dan başlayacaq və gecə saatlarına qədər davam edəcək.

N.Məcidov onu da əlavə edib ki, sonrakı günlərdə xüsusi tədbirlər keçirilməsə də, tətil günlərinin sonuna kimi bulvar ərazsində bayram əhval-ruhiyyəsi hökm sürəcək.  

Qaynar.info