Xəbər lenti

Novruz çərşənbələrinin vaxtı açıqlandı
Ölkə13:55 26.01.2018

Novruz çərşənbələrinin vaxtı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2018-ci ildə qeyd olunacaq Novruz çərşənbələrinin vaxtını açıqlayıb. 
Rəsədxananın direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, bu il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək. Onun sözlərinə görə, fevralın 27-də ilk - Su çərşənbəsi, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. 
X. Mikayılov qeyd edib ki, yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.