Xəbər lenti

Novruzun bayramında neçə gün tətil olacaq? - Rəsmi açıqlama
Ölkə12:58 17.01.2017

Novruzun bayramında neçə gün tətil olacaq? - Rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nazirlər Kabineti Novruz bayramı münasibətilə elan ediləcək qeyri-iş günlərinin sayını açıqlayıb.

Kabinetdən Qaynarinfo.Az-a verilən məlumata görə, mart ayının 20, 21, 22, 23 və 24-ü rəsmi bayram günləri elan edilib.

Ayın 18 və 19-u, eləcə də, 25 və 26-sı şənbə-bazar günlərinə təsadüf etdiyi üçün 9 gün qeyri-iş günü olacaq.

8 Mart tarixini də nəzərə alsaq, ümumilikdə, mart ayında 10 gün iş olmayacaq.

Qaynarinfo.Az