Novxanıdakı pansionatda baş verən yanğın söndürülüb. Lakin alov söndürülənədək, 10-a yaxın məcburi köçkün ailəsinin məskunlaşdığı otaqlar tam və ya qismən yanıb.
Faktla bağlı araşdırma aparılır.
****
Bakının Novxanı qəsəbəsində yanğın baş verib. Musavat.com-un məlumatına görə, bir qədər əvvəl qəsəbədəki pansionatda güclü yanğın başlayıb.
Pansionatda məcburi köçkünlərin məskunlaşdığı bildirilir. Yanğının hansı səbəbdən başladığı məlum deyil.
Hadisə yerinə FHN-in Döblət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.
Əlavə məlumat veriləcək. (musavat.com)
Qaynar.info