Xəbər lenti

Novxanıda sərnişin avtobusu ilə avtomobil toqquşdu: yaralılar var
Ölkə05:35 21.04.2019

Novxanıda sərnişin avtobusu ilə avtomobil toqquşdu: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.