Xəbər lenti

Noyabr ayında qeyri-iş günləri olacaq?
Ölkə10:56 31.10.2016

Noyabr ayında qeyri-iş günləri olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda noyabrın 9-da Dövlət Bayrağı günü qeyd ediləcək.

Bu münasibətlə həmin gün qeyri-iş günü hesab edilir. Noyabrın 9-u həftənin çərşənbə gününə təsadüf edir. Bu səbəbdən əlavə qeyri-iş günü olmayacaq.

Bundan başqa, noyabr ayında 8 gün şənbə-bazara düşdüyündən həmin günlər qeyri-iş günü sayılır.

Qeyd edək ki, noyabrın 12-də Konstitusiya günü, 17-də isə Dirçəliş günü qeyd ediləcək. Həmin günlər isə qeyri-iş günü hesab edilmir. (report)

Qaynarinfo.Az