Xəbər lenti

NTV Azərbaycanın ermənilərdən azad etdiyi torpaqlarda - FOTOLAR
Ölkə12:35 20.04.2016

NTV Azərbaycanın ermənilərdən azad etdiyi torpaqlarda - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin NTV kanalı Azərbaycanın işğaldan azad etdiyi yüksəkliklərdə olub. NTV-nin xüsusi müxbiri Ahmet Yeşiltepe bir neçə gün öncə Azərbaycanın işğaldan azad etdiyi bölgəyə gedib. O, cəbhə xəttindən reportaj hazırlayıb. 
Qarabağda gedən hərbi əməliyyatlar Rusiyanın vasitəçiliyi ilə sona çatıb. Ancaq bölgədə vəziyyət hələ də gərgindir.
NTV əməkdaşı Azərbaycanın nəzarətinə keçən "Lələ Təpə"də də olub. O, cəbhə bölgəsinə Beyləqandan keçməklə gedib. Türk müxbir  ermənilərdən təmizlənən ərazidə minatəmizləmə əməliyyatlarının getdiyini qeyd edib. 
"Lələ Təpə son dərəcə strateji əhəmiyyətə malikdir. Burada maşınların hərəkəti üçün yollar salınır. Ermənistan ordusu geri çəkilməyə məcbur olub. Azərbaycan ordusu yüksək nizama, ruh yüksəkliyi, təlimə sahibdir. Azərbaycan ordusu işğal edilən rayonlardan birinin bir hissəsini götürüb". 
Jurnalist Cəbrayıl yolunda da olub, rayonun girişinə asılan Azərbaycan bayrağını lentə alıb. 
Qaynarinfo.az