Xəbər lenti

“Nurgün”ün vitse-prezidentinin ölüm səbəbi açıqlandı
Ölkə14:42 26.02.2015

“Nurgün”ün vitse-prezidentinin ölüm səbəbi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Qardaşım Müşfiqin ölümü ilə bağlı mətbuatda yayılan xəbərlər dezinformasiyadan başqa bir şey deyil”. 

Qaynar.info xəbər verir ki, bunu azvision.az -a açıqlamasında ötən gün vəfat edən “Nurgün” şirkətlər qrupunun vitse-prezident Müşfiq Səfiyevin kiçik qardaşı Vüqar Səfiyev deyib. 

O, bildirib ki, artıq M. Səfiyevin cənazəsi Xırdalan qəbiristanlığında torpağa tapşırılıb: 

“İndi qardaşımın cənazəsini dəfn edib gəlirik. Qardaşımın heç bir xəstəliyi yox idi. Diaqnoza görə, qardaşım qan təzyiqindən dünyasını dəyişib. O axşam yatıb, səhər oyanmayıb. Təzyiqi yüksək olub, elə ona görə də dünayasını dəyişib”.

Qeyd edək ki, mərhum M.Səfiyev tanınmış şair Əli Vəkilin oğludur.

Qaynar.info