Xəbər lenti

Nurlanə nənə və nəvəsi - REPLİKA
Ölkə07:53 12.08.2016

Nurlanə nənə və nəvəsi - REPLİKA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nurlanə nənə və nəvəsi

- Nənə, nənə, ay nənə, mənə bir nağıl danış.

- Hansı nağılı gözəl nəvəm?

- Mozaikaların nağılı, ay nənə. 

- Sovet ideologiyasının incəsənətini təbliğ edən sənət əsəri nəyinə lazım, gözəl balam?

- Ay nənə, nə Sovet? Mozaikanın tarixi 6 min il əvvəl mövcud olmuş Şumer dövlətinə gedib çıxır axı.

- Ay ağıllı balam, nə Şumer, nə 6 min il, onlar boş-boş söhbətlərdir.

- Bəs Şəki Xan sarayı? 

 ... ... ... .

- Nənə, hamı səndən yazır. 

- Barlı ağaca çox daş atarlar, bala. Amma elmli insanların mənə paxıllıq etməsini, şər-böhtan atmasını görəndə çox rəncidə oluram.

- Rəncidə nədir ay nənə?

 ... ... ... .

- Mikayıl dayı söküntüyə heçnə demədi? 

- Mən vəzifədə işləməyə başlayanda Mikayıl dayın 14 yaşlı orta məktəb şagirdi idi. Tələbələrin başını, müəllimlərin çiyinlərini, yaxınlıqda yaşayan sakinlərin əl-ayaqlarını deşən kiçik şüşə qırıqlarını sökməyimə niyə etiraz etsin ki? 

- Bəs Əbülfəs əmi? 

- Dedi ki, bu universitetin binası tarix və mədəniyyət abidəsi kimi qeydiyyata alınmayıb, üstündəki mozaikanın isə mədəniyyətlə bir əlaqsi yoxdur.

- Hacıbala baba da etiraz etmədi?

- Yox ay balam, dedi istəyirsən get bütün binanı sök, yerində mərmərli park tik. 

- Nənə, yuxum gəldi mənim...

-Yat ay bala, siz cavanlar rahat yatın, uyuyun. Biz nənələr, babalar, ölənəcən işləyək.

Elçin Mahmud

Qaynarinfo.Az