Oktyabrın 24-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımı və "Nurlu Sabah” Uşaq Gənclər Təşkilatının təşkilatçılığı ilə Quba, Qusar və Xaçmaz rayonlarından olan bir qrup gənclə görüş keçirilib.
Görüşün əsas məqsədi dövlət rəmzlərinin gənclər arasında düzgün təbliğinin həyata keçirilməsi, gənclərə dövlət rəmzlərinə hörmət hissinin aşılanması olub.
Tədbiri giriş sözü ilə təşkilatın sədri Zamiq Hüseynov açıb və qeyd edib ki, layihə Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan gəncləri əhatə edir. Layihənin icra olunmasında əsas məqsəd təhsildən kənarda qalan gənclərə dövlət rəmzlərinə hörmət hissinin çatdırılmasıdır.
Daha sonra tədbirdə iştirak edən layihənin eksperti Elnur Ağasiyev Azərbaycan Respublikasının Dövlət rəmzlərinin yaranma tarixi, mənaları və digər vacib nüansları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda gənclərə təşkilatın tərtib etdiyi bukletlər paylanılıb və gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qaynarinfo.Az