Xəbər lenti

“Nv-lyuks” xeyriyyə konserti təşkil etdi
Ölkə10:30 27.06.2014

“Nv-lyuks” xeyriyyə konserti təşkil etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Nv-lyuks” xeyriyyə konserti təşkil etdi

26 iyun tarixində “Gənc Tamaşaçılar” teatrında “Nv-lyuk” şirkətinin baş sponsorluğu ilə “Azər” Mühafizə şirkətinin, “Marxal” ailəvi istirahət mərkəzinin sponsorluğu ilə Azərbaycan Silahlı Qüvvələri gününə və “Talasemiya” xəstəliyindən əziyyət çəkən uşaqlar üçün özəl konsert təşkil olunmuşdu. Konsertin aparıcılığını Kamran Həsənli öz öhdəsinə götürmüşdü. Belə ki, aparıcı və şoumen Kamran Həsənlinin canvəşanlıqla iştirak etməsindən sonra şoubiznesin tanınmış müğənniləri də Hərbiçilərinizi təbrik etmək üçün konsertə rəng qatdılar. Konsertdə müğənni Səidə Sultan, Yaşar Yusub, Hüseyn Dəryanın davamçısı reper Əşrəf Dərya, Niyam Səlami, Roza Zərgərli və s kimi tanınmış simalar rəng qatdılar.

Xeyriyə konsertinin baş sponsoru ”Təmiz Dünya İctimai birliyi”nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri, “İdeal” gənclər ictimai birliyində mətbuat və informasiya şöbəsinin rəhbəri, “Lider Persona”qəzetinin müxbiri, və “Nv-lyuks” şirkətinin reklam şöbəsinin müdiri,   Vasif Akifli tədbirdə çıxış edib. “Nv-lyuk” təmir və tikinti şirkətinin nümayəndəsi Vasif Akifli gələcəkdə də bu cür xeyriyyə konsertlərinin təşkil olunanacağını qeyd edib.

Qaynar.info