Xəbər lenti

Növbədənkənar vaksin vurdurmaq olar? - TƏBİB-dən açıqlama
Ölkə08:22 15.02.2021

Növbədənkənar vaksin vurdurmaq olar? - TƏBİB-dən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Növbədənkənar vaksin vurdurulmasına icazə verilmir”.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən  (TƏBİB) bildiriblər.
Qeyd edilib ki, vaksinasiya prosesi hazırda strategiyaya uyğun mərhələli şəkildə icra olunur.
Qeyd edək ki, hazırda ölkə üzrə tibb işçiləri və 65 yaş üzəri şəxslərin vaksinasiyası aparılır. Amma bəzi şəxslər həmin kateqoriyaya daxil olmasa da, peyvənd vurdurmaq istəyir. Belə müraciətlərin xeyli çox olduğu bildirlir.