Xəbər lenti

Növbəti əfv üçün Komissiyanın iclasları bərpa olunur
Ölkə14:54 15.02.2021

Növbəti əfv üçün Komissiyanın iclasları bərpa olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Növbəti əfv sərəncamı üçün Əfv Məsələləri Komissiyasının iclasları bərpa olunur. 
Modern.az-a daxil olan məlumata görə, sabahdan etibarən, iclaslara start verilir.
Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid açıqlamasında faktı təsdiqləyib. Komissiya üzvü deyib ki, iclaslar videoformatda keçiriləcək:
"Komissiyaya kifayət qədər müraciətlər daxil olub. Onların hamısına baxıb müzakirə etmək lazımdır. Amma istənilən halda məlumatların kənara sızmaması üçün ən optimal və təhlükəsiz proqram seçilib”.
R.Məcid müraciətlərin çoxuluğundan iclasların da çox keçiriləcəyini diqqətə çatdırıb:
"İstənilən halda əfv olacaq. Amma Novruz bayramında, yoxsa bir qədər sonra, bunu dəqiq deyə bilmərəm. Çünki əfv sərəncamının verilməsi ölkə rəhbərinin səlahiyyətindədir”.