Xəbər lenti

Növbəti günlərdə ölkə ərazisində hava şəraiti necə olacaq?
Ölkə08:03 24.08.2018

Növbəti günlərdə ölkə ərazisində hava şəraiti necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Növbəti günlərdə Azərbaycan ərazisində hava şəraiti sabit keçəcək".
Bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, yaxın iki-üç gün ərzində ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin avqust ayının 25-də dağlıq ərazilərdə gecə və səhər saatlarında qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək".
G.Məmmədova qeyd edib ki, növbəti 2-3 gün ərzində havanın temperaturu Bakıda 28-33, bölgələrdə 31-36, dağlıq ərazilərdə isə 20-25 dərəcə isti təşkil edəcək.