Xəbər lenti

NYT: Avropa Tramp yenidən seçiləcəyi təqdirdə necə davranacağını bilmir
Dünya 20:55 09.12.2023

NYT: Avropa Tramp yenidən seçiləcəyi təqdirdə necə davranacağını bilmir

Avropa rəsmilərinin 2024-cü ildə Donald Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə özünü necə aparacaqları barədə heç bir fikri yoxdur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times"ın materialında deyilir.

Qeyd olunur ki, avropalılar "yaltaqlıq və işgüzar hədiyyələr" əsasında taktikaya qayıda bilərlər. Qəzet vurğulayır ki, kiçik Avropa dövlətləri Amerika silahları üçün sifarişlərin sayını artırmaqla Trampı özünə cəlb etməyə çalışacaqlar.

Bundan əlavə, məqalədə deyilir ki, Avropa səfirləri Trampın seçkilərdə qalib gələcəyi təqdirdə onun niyyətlərini öyrənmək üçün tərəfdaşları ilə görüşür.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin payızına təyin edilib. Noyabrın sonunda "NBC News" tərəfindən açıqlanan sorğu nəticələrinə görə, Bayden hazırda gənc seçicilər arasında dəstək baxımından Trampdan geri qalır. Söhbət 19 yaşdan 34 yaşa qədər olan vətəndaşlardan gedir ki, onların 46 faizi keçmiş dövlət başçısına səs verməyə hazırdır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->