Xəbər lenti

O adamlardan polisə şikayətə edin, cərimələtdirin... - Fərhad Mehdiyev
Ölkə09:54 17.08.2020

O adamlardan polisə şikayətə edin, cərimələtdirin... - Fərhad Mehdiyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Küçəyə zibil atanlar cərimələnməlidir.
Qaynarinfo xəbər verir ki, bu təkliflə politoloq Fərhad Mehdiyev çıxış edib. Politoloq qeyd edib ki, küçəyə zibil atanlar cəmiyyətə zərər vuranlardır:
"Yerə zibil atan adam görsəniz, xahiş edirəm, həmin hadisə barəsində polisə şikayət verib o insanları dərhal cərimələtdirin. Şəkillərini çəkib paylaşın ki, onları qınayaq, cəmiyyətə zərər vururlar. İnanın ki, günah küçəyə zibil atan məsuliyyətsiz vətəndaşdadır. Əslində onlar vətəndaş da deyil, parazit məxluqlardır ki, seçicilər siyahısında boşuna yer tutur”.
Fərhad Mehdiyev bildirib ki, həmin adamları cərimələməklə tərbiyyə etmək mümkündür:
"Amma hər şey itirilməyib və biz də cərimə qorxusu ilə onları tərbiyə etməliyik. Şikayət edin onlardan - çəkdiyi siqareti, içdiyi Hell-i, çırtladığı tumu burunlarından gətirin”.
Bahar Rüstəmli