Xəbər lenti

O soyunmasaydı, problemlərimiz həll olunacaqdı? - Ramin Hacılı
Ölkə06:45 16.05.2016

O soyunmasaydı, problemlərimiz həll olunacaqdı? - Ramin Hacılı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ramin Hacılı

Bütün dünyada kütlə yoğun baldırlı müğənni, incəbel aktrisa arxasınca qaçır. Onlar soyunur və şou düzəldir, tanınır, sevilir, özünə himayəçi tapır...

İnkişaf etmiş cəmiyyətlər bunu başa düşür və bədənini PR üçün istifadə edənlərə əhəmiyyət vermir. Onlarla dalaşmır, onlara "bütün problemlərin səbəbkarı" damğası vurub özlərini gülüş hədəfi etmir.

Yanıqlıqdan doğan hirslə onları "niyə mənə vermirsən?!" deyib daş qalaq etmir. Bu mərhələni anlaqlı şəkildə keçiblər. 

Heç bir ana, ata, övladının pis işlərdə məhv olmasını istəməz. Bir avropalı, "qızım əxlaqsız olsa, yaman yaxşı olar" deyə bilərmi? Onlar bilir ki, sən nə qədər soyunana maraq göstərsən, övladın da bir o qədər maraq göstərəcək.

Bizdə isə, cəmiyyətin öndə gedənləri "like" yığmaq üçün illərdi Röya ilə dalaşır. Sən demə o soyunmasaydı, bütün problemlərimiz həll olunacaqdı.

İndi də bir qız harasınınsa yarısını göstərib... şıtlik baş alıb gedir, söyüş, kin, axmaq söhbətlər...

İllərdi Aygün, Röya, və s. soyunurdu, nə olurdu ki? Kimdi Azərbaycana ona görə qiymət verən? Doğrudanmı hansısa uşaq anasına yox, onlara oxşamaq istəsə tərbiyə verə bilməyənin günahı yoxdu?

Biz bir şeyi bilməliyik: 

1. Qərbdə bu şeylər artıq adiləşir. Soyunmaqla uğur qazanmaq istəyən azdı orda. Və qadağan olunmuşa qaçır insan oğlu, adiləşənə yox.

2. Təhsilimizin bu halda olması... Təhsilli cəmiyyət qadın orqanları ilə məşğul olmur.

3. Ümumiyyətlə, bir kişi özünə necə sığışdırır hansısa qadının bədən üzvlərini müzakirə etməyi? Bir kişi nə qədər avara olmalıdı ki, qızı yaşda olan, hələ nə etdiyini bilməyən bir qadını lağ hədəfinə çevirib, like yığsın. 

4. Bir xalqı Qardaşyanla mübarizəyə necə səsləmək olar? Hansısa millətə desən ki, ermənilərin içində Qardaşyan var və ya azərbaycanlıların içində buna bənzər kimsə... Qayıdıb adama gülməzmi?

5. Vətənini sevən, millətinə bağlı insan, fahişəsinı görəndə onu bu yoldan çəkindirməyə çalışır, onu aşağılamır. 

... Bir hekayədə olduğu kimi, qocaman hakimlər gənc qızlardan onlara yox, öz həmyaşıdlarına maraq göstərdiyi üçün qisas alır.