Xəbər lenti

“O uşaq yıxılıb, müəllimdə dubinka nə gəzir?” - DİN-dən açıqlama
Ölkə12:13 20.05.2014

“O uşaq yıxılıb, müəllimdə dubinka nə gəzir?” - DİN-dən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün mediada Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağın müəllimi tərəfindən dubinka ilə döyülməsi barədə xəbər yayılıb. 

Qeyd edək ki, sosial şəbəkələrdə  həmin hadisə günün ən çox müzakirə olunan mövzusuna çevrilib.

Məsələ ilə bağlı “Qafqazinfo” ya açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, uşağın dubinka ilə döyülməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır: “Araşdırmalarımız nəticəsində məlum olub ki, ikinci sinif şagirdi olan, 2006-cı il təvəllüdlü Cavadov Nahid bir müddət əvvəl axşam saatlarında qaçarkən yıxılıb. Onuncu sinif şagirdi onu yerdən qaldıraraq tərbiyəçinin yanına aparıb. Alnına yaş dəsmal qoyublar. Gözünün  altındakı o qaraltılar da aldığı  zədənin nəticəsində yaranıb”.

O. Mansurzadə qeyd edib ki, həmin uşağın özü də yıxılmasını təsdiqləyib: “Burda ona qarşı heç bir işgəncədən söhbət gedə bilməz. Dubinka polisin xüsusi vasitəsidir. Müəllimdə dubinka nə gəzir? Həmin məlumatlar şişirdilib”.

Qaynar.info