
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan "O uşaqlar..." layihəsi çərçivəsində konfrans keçirilib.
Qaynar.info xəbər verir ki, layihə çərçivəsində hazırlanan video-çarx ictimaiyyətə təqdim olunub.
Tədbirdə “O uşaqlar...” filmin iştirakçısı xanəndə Bahar Lətifqızı, Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə, “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Yardım İctimai Birliyinin sədri Zərifə Quliyeva və “Mənim Təhsilim, Məim Gələcəyim!” kampaniyasının rəhbəri Rövşən Nəcəfov iştirak ediblər.
Video-çarxın nümayişindən sonra gəncərlə interaktiv müzakirələr edilmişdir.
Layihənin rəhbəri Pənah Əlisoydur.
Gənclər arasında sosial məsuliyyətin artırılması və ictimai müzakirələrin təşkil olunması layihənin əsas ideyasıdır.
Layihə “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası çərçivəsində icra olunur.








