
Vaxt vardı (1992-1995) Rusiya Bakıya türk dilini bilən səfir göndərmişdi (Valter Şoniya). Həmin səfir Bakıda keçirdiyi görüşlərdə, mətbuat-konfranslarında, verdiyi müsahibələrdə türk dilində danışırdı.
Həmin vaxtlarda Azərbaycanda millətçi ruh vardı. O zamanlar ictimai mövzularımız böyük, müzakirələrimiz açıq, baxışlarımız geniş olub. Hətta Rusiya bunun fərqində idi, ona görə də buraya Türk dilini bilən elçi göndərmişdi.
O vaxt çoxları Elçibəyin canlı yayımda Rusiya jurnalistlərinə öz dilimizdə (çevirənin yardımıyla) müsahibə verdiyinə görə lağ edirdi ("Prezidentimiz rusca danışa bilmir, "kakoy koşmar", biabır olduq" kimi bir ikrah vardı rusdillilərdə).
Bu gün elitamız, sovet vaxtlarında olduğu kimi, yenə rusdillidir. Rusiya da bunu görür və buraya nəinki Türk dilini bilən elçi göndərmək həvəsindədir, əksinə, hökuməti hər Moskvadan gələnə buradakı rus məktəblərinin sayı haqqında sanki hesabat verəcək duruma salıb.
Milli ruh - böyük gücdür. Millətimizə bu ruhu qaytarmalıyıq. Mövzularımızı yenidən böyütməli, müzakirələrimizi açmalı, baxışlarımızı genişləndirməliyik. Cılız mövzulara girməyin, düşük düşüncələri paylaşmayın, şit zarafatları bitirin, böyük düşünün. Biz kiçik millət deyilik! //arqument.az
Qaynar.info