OBA marketlər şəbəkəsi Milli Kino Gününü "Tağıyev: Məktəb" filminin nümayişi ilə qeyd edib (FOTO/VİDEO)
2 Avqust – Milli Kino Günü münasibətilə "OBA" marketlər şəbəkəsi əməkdaşları üçün "Tağıyev: Məktəb" filminin xüsusi nümayişini təşkil edib.
Tədbirdə 2 Avqust - Azərbaycan kinosunun zəngin tarixini, milli-mədəni irsini və cəmiyyətimizin mənəvi dəyərlərini yaşadan mühüm günlərdən biri kimi qeyd olunub.
Qeyd olunub ki, bu il fəaliyyətinin 10 illiyini qeyd edən "OBA" marketlər şəbəkəsi yubiley münasibətilə "Qonşuluqda 10 iz" adı altında silsilə şəkildə həyata keçirdiyi korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində cəmiyyətə fayda verən müxtəlif təşəbbüslər reallaşdırır. Təhsil, sosial məsuliyyət, ətraf mühit, xeyirxahlıq və digər istiqamətləri əhatə edən bu layihələrdən biri də Milli Kino Gününə həsr olunmuş "Tağıyev: Məktəb" filminin nümayişidir.
Bildirilib ki, nümayiş etdirilən "Tağıyev: Məktəb" filmi təsadüfən seçilməyib. Film Azərbaycanın görkəmli xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin təhsilə, maariflənməyə və gələcək nəsillərin inkişafına verdiyi töhfələri əks etdirir. Bu yanaşma "OBA" marketlər şəbəkəsinin təhsilin cəmiyyətin inkişafındakı roluna verdiyi önəmlə də üst-üstə düşür.
Tədbir çərçivəsində "OBA" marketlər şəbəkəsinin əməkdaşları və onların övladları üçün həyata keçirdiyi təhsil layihələrindən bəhs edən videoçarx da nümayiş olunub. Videoçarxda şirkətin insan kapitalının inkişafına yönəlmiş təşəbbüsləri, əməkdaşların peşəkar inkişafına və onların övladlarının təhsil imkanlarının genişləndirilməsinə verdiyi dəstək əks olunub.
Sonda iştirakçılar "Tağıyev: Məktəb" filmini izləyərək Milli Kino Gününü birlikdə qeyd ediblər.
Qeyd edək ki, "OBA" marketlər şəbəkəsi fəaliyyətinin 10 illiyi münasibətilə həyata keçirdiyi "Qonşuluqda 10 iz" KSM layihələri çərçivəsində il ərzində cəmiyyətin müxtəlif sahələrini əhatə edən silsilə təşəbbüsləri davam etdirir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər