Xəbər lenti

Obama Novruz təbrikində Təbrizin adını çəkdi
Ölkə12:00 20.03.2015

Obama Novruz təbrikində Təbrizin adını çəkdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

«Son 10 ilin ən yaxşı fürsətini əldən verməyin!»

«ABŞ-la münasibətləri yaxşılaşdırmaq üçün son on ildə yaranmış ən yaxşı imkandan istifadə etməlisiniz». Bu fikirlər ABŞ prezidenti Barak Obamanın Novruz bayramı münasibətilə İran hakimiyyəti və xalqına müraciətindəndir. Obamanın fikrincə, bu imkan nüvə razılaşmasına imza atmaqdır: «Bu razılaşma böyük sivilizasiyanın varisi olan, dünyaya çox şeyə verə biləcək İran xalqına daha işıqlı gələcəyə pəncərə açmaq imkanı yaradacaq. Onillərdir ki, xalqlarımız qarşılıqlı inamsızlıq və qorxu içində yaşayıb. Mən inanıram ki, indi bu problemi həll etmək üçün qarşımızda tarixi imkan yaranıb. Biz bu imkanı əldən verməməliyik. Hər ikimizin ölkəsində diplomatik razılaşmaya qarşı çıxanlar var. Amma mənim sizdən – İran xalqından istədiyim odur ki, gələcəyə cəhd etdiyimiz istiqamət üzrə gedəcəyimizi birgə, uca səslə bəyan edək».

Qaynar.info