“Taliban” terror təşkilatının lideri Əxtar Mənsur ABŞ-ın endirdiyi aviazərbələr nəticəsində məhv edilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, aviazərbələr mayın 21-də Pakistanın Əfqanıstanla sərhəddə yerləşən cənub-qərbindəki Əhməd-Val şəhərinə endirilib.
“Taliban” terror təşkilatının komandiri molla Əbdül Rauf qruplaşma lideri molla Əxtar Mənsurun məhv edildiyini təsdiqləyib.
Əməliyyatın baş tutmasına icazəni ABŞ Prezidenti Barak Obama verib.
Qaynarinfo.az