Oda Teatrı sizləri 2-3 noyabr saat 19:00-da Samir Sədaqətoğlunun “İtən vaxt” adlı mono-tamaşasına baxmağa dəvət edir. Qaynar.info xəbər verir ki, 2-3 noyabr tarixlərində saat 19.00-da Oda Teatrında Azərbaycan Respublikasının Əməkdar artisti İlqar Cahangirin iştirakı ilə yazıçı-dramaturq Samir Sədaqətoğlunun “İtən vaxt” tamaşası nümayiş olunacaq.
Son illər Qarabağ müharibəsi haqqında yazılan ən yaxşı əsərlərdən biri olan tamaşanın quruluşçu-rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdidir.
İlk dəfə 2002-ci ildə Bakı Dövlət Kamera Teatrında səhnələşdirilən “İtən vaxt” pyesi “Üfiq XXI” IV Respublika Monotamaşalar festivalında nümayiş olunub və Azərbaycan Teatr Xadimləri İttifaqının Xüsusi Mükafatına layiq görülüb. Böyük tamaşaçı kütləsinin marağına səbəb olan bu əsər 2010-cu ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yenidən tamaşaçılara təqdim olunub.
Tamaşaya biletləri Topçubaşov küçəsi 40 ünvanında yerləşən Oda Teatrının kassalarından və “PERO Production”un ofisindən əldə edə bilərsiniz. Xatırladaq ki, bir biletin qiyməti 5 AZN-dir.
Ünvanı tapmaq və biletləri əldə etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:
Tel: 050 394 48 64
070 219 83 33Qaynar.info