Xəbər lenti

Ödəniş edə bilmədikləri üçün təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlandı
Ölkə 19:51 24.06.2024

Ödəniş edə bilmədikləri üçün təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlandı

Ötən il təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.

Bildirilib ki, 2023-cü ildə ümumilikdə 8 631 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib. Bunlardan 4 551 nəfəri bakalavriat, 1 267 nəfər magistratura, 1 496 nəfər tam orta ixtisas bazası, 1 317 nəfər isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilənlərin ümumi sayı 85 nəfər olub ki, bunlardan da 63-ü bakalavriat, altı nəfər tam orta ixtisas bazası, 16 nəfər ümumi orta ixtisas bazası üzrə təhsil alanlar olublar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->